Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir M. Əliyev/
Azərbaycanlı millət vəkili Qənirə Paşayeva İranda yaşayan azərbaycanlıları İranın Azərbaycan əleyhinə apardığı siyasətə etiraz etməyə çağırır. Trend-in məlumatına görə, Paşayeva bunu Milli Məclisin yaz sessiyasının ilk iclasındakı çıxışı zamanı deyib.
"İranın bir çox rəsmi şəxsləri Azərbaycanın daxili işlərinə qarışırlar. Azərbaycan əleyhinə açıqlamalar verirlər. Onlar xüsusilə Ermənistana dəstəyi daha da artırırlar. Bütün soydaşlarımıza səslənirəm ki, bu ölkədə sizin qardaşlarınız, bacılarınız yaşayır. O ölkədə hansısa rəsmilərin Azərbaycan əleyhinə fəaliyyətlərinə, eyni zamanda, Ermənistana qarşı dəstək fəaliyyətinin artmasına imkan verməsinlər. Buna qarşı mübarizə aparsınlar. İranda yaşayan heç bir azərbaycanlı ermənilərlə əməkdaşlıq etməməlidir", - Paşayeva əlavə edib.
Qeyri-rəsmi məlumatlara görə, hazırda İranda 30 milyona qədər azərbaycanlı yaşayır.