...

Erməni parlamentarilərin ağılsız addımlarının heç bir nəticəsi olmayacaq – azərbaycanlı millət vəkili

Siyasət Materials 7 Fevral 2011 16:47 (UTC +04:00)
Ermənistanın "İrs" partiyası son vaxtlar tamamilə marginallaşır, bu xüsusilə son zamanlar parlamentdə irəli sürülən yersiz təkliflər işığında daha aydın görünür. Milli Məclisin deputatı, Trend-in Ekspert Şurasının üzvü Rasim Musabəyov bu fikirdədir.
Erməni parlamentarilərin ağılsız addımlarının heç bir nəticəsi olmayacaq – azərbaycanlı millət vəkili

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir E.Tariverdiyeva/

Ermənistanın "İrs" partiyası son vaxtlar tamamilə marginallaşır, bu xüsusilə son zamanlar parlamentdə irəli sürülən yersiz təkliflər işığında daha aydın görünür. Milli Məclisin deputatı, Trend-in Ekspert Şurasının üzvü Rasim Musabəyov bu fikirdədir.

"Ermənistanda "İrs" partiyasının özünü göstərə bilməsi üçün kifayət qədər sosial, koppursiya ilə bağlı, Ermənistanda siyasi hakimiyyətin kriminallaşması ilə bağlı problemlər var. Onlar hakim partiyanın dəstəklədiyi separatçı Dağlıq Qarabağın müstəqilliyinin tanınması ideyasını, indi isə növbəti utopik və ağılsız ideyanı irəli sürürlər", - Musabəyov Trend-ə bildirib.

Onun sözlərinə görə, əslində bu təklif populist siyasətdən, hansısa xal toplamaq cəhdindən başqa bir şey deyil.

"Hesab edirəm ki, beynəlxalq ictimaiyyət "İrs" partiyasının bu ağılsız layihəsinə heç cür reaksiya verməyəcək və erməni parlamentarilərin belə düşünülməmiş və ağılsız addımlarının heç bir nəticəsi olmayacaq", - deputat bildirib.

Ermənistan parlamentində "Azərbaycanlıların ermənilərə qarşı 1988-1994-cü illərdə törətdiyi cinayətlərin soyqırım kimi tanınması haqqında" bəyanatın layihəsi müzakirəyə çıxarılıb. Sənədin müəllifi "İrs" parlament fraksiyasının katibi Larisa Alaverdiyandır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti