Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Mahmud Əhmədinejadı İran İslam Respublikasının milli bayramı - İslam inqilabı günü münasibətilə təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Təbrikdə deyilir ki, İran İslam Respublikasının milli bayramı - İslam inqilabı günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, Azərbaycan ilə İran arasındakı dostluq, mehriban qonşuluq və hərtərəfli əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İran xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.