Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir A.Axundov/
Türkiyənin ədliyyə naziri Sədullah Erginin fevralın 16-da Azərbaycana nəzərdə tutulan səfəri qeyri-müəyyən müddətə təxirə salınıb. Bu barədə Trend-ə çərşənbə axşamı Türkiyə səfirliyindən məlumat verilib.
Türkiyə səfirliyində və Azərbaycan Ədliyyə Nazirliyində səfərin təxirə salınma səbəbi haqqında məlumat verməyiblər.