...

Azərbaycanın xarici işlər nazirinin Ukraynaya səfər proqramı açıqlanıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 17 Fevral 2011 11:26 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Ukraynaya səfər proqramı açıqlanıb.
Azərbaycanın xarici işlər nazirinin Ukraynaya səfər proqramı açıqlanıb (ƏLAVƏ OLUNUB)

Səfər proqramı əlavə olunub (ilk xəbər 16 fevral saat 15:47-də yayılıb)

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Ukraynaya səfər proqramı açıqlanıb.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 23-də Ukraynaya işgüzar səfər edəcək. Kiyevdə Azərbaycan xarici işlər nazirinin Ukrayna Prezidenti Viktor Yanukoviçlə, Baş nazir Nikolay Azarovla, Ali Radanın sədri Vladimir Litvinovla, həmkarı Konstantin Qrişenko ilə görüşləri planlaşdırılıb. Bu barədə Trend-ə cümə axşamı Ukraynanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Azərbaycanın XİN rəhbərinin Ukraynanın rəsmi şəxsləri ilə görüşləri zamanı ikitərəfli və regional əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi gözlənilir. Eyni zamanda, tərəflər Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri (27-28 oktyabr 2010-cu il) çərçivəsində əldə olunan razılaşmaların yerinə yetirilməsi vəziyyəti, siyasi, ticari-iqtisadi, energetika, nəqliyyat sahələrində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər.

Səfirliyin məlumatında bildirilir ki, Məmmədyarovun səfəri Ukrayna-Azərbaycan münasibətlərində mühüm məqamdır və onun strateji xarakter daşıdığını sübut edir. Şübhəsiz ki, bu səfər münasibətlərin gələcək inkişafı və dərinləşməsi amili kimi xidmət göstərəcək.

Məmmədyarovun GUAM-ın fevralın 24-də Kiyevdə keçiriləcək Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcəyi gözlənilir.

Azərbaycan XİN rəhbəri Ukraynadan Yunanıstana rəsmi səfərə yola düşəcək.

Xəbər lenti

Xəbər lenti