...

Azərbaycanla Türkiyə birgə reaktiv raket istehsal edəcək

Siyasət Materials 21 Fevral 2011 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir T.Hacıyev/

Azərbaycanla Türkiyə arasında reaktiv raketlərin birgə istehsalına dair müqavilə imzalanıb. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Müdafiə Sənayesi Nazirliyindəkı mənbədən məlumat veriblər.

Məlumatda qeyd olunub ki, Abu-Dabidə keçirilən "İDEX-2011" beynəlxalq müdafiə sərgisi çərçivəsində BƏƏ-də rəsmi səfərdə olan nazir Yavər Camalov Türkiyənin müdafiə naziri Vəcdi Gönül ilə müvafiq müqavilə imzalayıb.

Müqaviləyə əsasən, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi və Türkiyənin ROKETSAN şirkəti birgə 107 və 120 mm-lik reaktiv raketlər istehsal edəcək.

Xəbər lenti

Xəbər lenti