...

Azərbaycan Prezidenti Albaniya xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 10 Mart 2011 16:49 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Albaniya Baş nazirinin müavini, xarici işlər naziri Edmond Hacinastonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti Albaniya xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Albaniya Baş nazirinin müavini, xarici işlər naziri Edmond Hacinastonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Edmond Hacinaston Albaniyanın Baş naziri Sali Berişanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərinin onda dərin təəssürat yaratdığını vurğulayaraq Azərbaycanda gedən sürətli inkişaf proseslərini respublikamızın düzgün istiqamətdə irəliləməsinin göstəricisi kimi dəyərləndirdi. Nazir Albaniya ilə Azərbaycan arasında hərtərəfli münasibətlərin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu dedi.

Edmond Hacinaston bildirdi ki, Azərbaycan ilə Albaniya arasında mövcud olan siyasi münasibətlər əlaqələrimizi həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində daha da genişləndirə bilər. Ölkələrimizin bir-birini dəstəkləməkdə davam edəcəyini vurğulayan qonaq qarşılıqlı iqtisadi münasibətlərin inkişafı üçün də böyük imkanların olduğunu dedi.

Ölkələrimiz arasında yaxşı əlaqələrin olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycanın Albaniya ilə ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu dedi. Prezident İlham Əliyev Albaniyanın yüksək səviyyəli rəsmiləri ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq, Albaniya Prezidenti ilə dostluq münasibətində olduğunu bildirdi. Azərbaycan ilə Albaniya arasında fəal dialoqun mövcudluğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin bir-birini dəstəkləməsinin və güclü əməkdaşlıq əlaqələri yaradılmasının önəmini qeyd etdi. Prezident İlham Əliyev Albaniya Baş nazirinin müavini, xarici işlər naziri Edmond Hacinastonun ölkəmizə səfərinin azərbaycanlı həmkarları ilə əməkdaşlığımızın inkişafına dair gələcək planların müzakirə edilməsi baxımından əhəmiyyətli olacağına əminliyini ifadə etdi.

Dövlətimizin başçısı Albaniyanın Baş naziri Sali Berişanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Baş nazirə çatdırmağı xahiş etdi.
.

Xəbər lenti

Xəbər lenti