...

Böyük Britaniyanın Lordlar Palatasının üzvü Azərbaycana səfər edəcək

Siyasət Materials 15 Mart 2011 12:26 (UTC +04:00)
Böyük Britaniyanın Lordlar Palatasının və Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü baronessa Meri Qoudi (Mary Goudie) martın 27-31-də Azərbaycana səfər edəcək.
Böyük Britaniyanın Lordlar Palatasının üzvü Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir S.Ağayeva/

Böyük Britaniyanın Lordlar Palatasının və Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü baronessa Meri Qoudi (Mary Goudie) martın 27-31-də Azərbaycana səfər edəcək. Bu barədə çərşənbə axşamı Trend-ə "YES Azərbaycan" məsləhət qrupunun üzvü Rövşən Muradov məlumat verib.

Muradovun sözlərinə görə, səfər çərçivəsində baronessa Qoudi Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, ombudsman Elmira Süleymanova, parlamentin vitse-spikeri Bahar Muradova və Böyük Britaniya və Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşəcək.

Baronessa Qoudi BMT-nin Qadın Liderlər Şurasının sədri, Avropa İnsan Alveri ilə Mübarizə Komissiyasının rəhbəridir.

Xəbər lenti

Xəbər lenti