...

İctimai Palata mitinq keçirməklə xarici maliyyə əldə etmək istəyir - Azərbaycanın müxalifət partiyasının sədri

Siyasət Materials 31 Mart 2011 14:17 (UTC +04:00)
İctimai Palata mitinq keçirməklə özünü xaricdən gələn maliyyə ilə təmin etmək istəyir. Bunu cümə axşamı Trend-ə müxalif Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.
İctimai Palata mitinq keçirməklə xarici maliyyə əldə etmək istəyir - Azərbaycanın müxalifət partiyasının sədri

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir T.Hacıyev/

İctimai Palata mitinq keçirməklə özünü xaricdən gələn maliyyə ilə təmin etmək istəyir. Bunu cümə axşamı Trend-ə müxalif Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.

"Azərbaycanda özünü liberal-demokratik hesab edən qüvvə və İctimai Palatada təmsil olunan təşkilatlar artıq uzun illərdir ki, mövcudluğunu xarici qrantlar hesabına qoruyub saxlaya bilib. Daxildə heç bir resursları yoxdur və cəmiyyətin də onlara heç bir inamı qalmayıb", - Oruc əlavə edib.

Partiya sədri onu da bildirib ki, İctimai Palataya daxil olan QHT-lərin 90 faizi bu və ya digər xətlə xarici qrant layihələrinin iştirakçılarıdır və bəziləri də həmin qrant layihələrinin rəhbərləridir.

"Əslində İctimai Palataya daxil olan şəxslər bu mitinq və inqilab görüntüsündən ən azı birillik qrant almaq imkanı əldə edəcəklər. İctimai Palatada hansı təşkilatın nə qədər xarici vəsait aldığı barədə məlumatları da araşdırıb ortaya qoymaq lazımdır", - Oruc vurğulayıb.

O, İctimai Palatanın planlaşdırdığı mitinqin uğursuz olacağını da deyib.

"Bu mitinqin uğur qazanacağına inanmıram. İctimai Palatada bir araya gələn təşkilatların 19 illik təcrübəsi göstərir ki, bunlar müxtəlif dövrlərdə dünyada baş verən proseslərdən müxalifətçi görüntüsünü qoruyub saxlamaq üçün istifadə ediblər. İndiki mərhələdə, ərəb ölkələrində baş verən inqilablar dalğasından istifadə edərək, müəyyən bazarlığa nail olmaq istəyirlər" - o, qeyd edib.

Son vaxtlar Azərbaycanın bəzi müxalif partiyaları mitinq keçirməyə cəhd edirlər. İctimai Palata da aprel ayının əvvəllərində mitinq keçirməklə bağlı qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti