Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir T.Hacıyev/
Bakı şəhər İcra Hakimiyyəti İslam Partiyasının aprelin 8-də "Azadlıq" meydanında mitinq keçirməklə bağlı müraciətini məqsədəuyğun saymayıb. Bu barədə çərşənbə axşamı Trend-ə İslam Partiyasından məlumat verilib.
BŞİH cavab məktubunda qeyd edib ki, "Azadlıq" meydanı dövlət tədbirləri üçün nəzərdə tutulduğundan kütləvi etiraz aksiyalarının burada keçirilməsi mümkün deyil.
Bakı şəhər İcra Hakimiyyəti İslam Partiyasının müraciətini cavablandırıb
Bakı şəhər İcra Hakimiyyəti İslam Partiyasının aprelin 8-də "Azadlıq" meydanında mitinq keçirməklə bağlı müraciətini məqsədəuyğun saymayıb.
