...

Azərbaycanın birinci xanımı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri ilə görüşüb (ƏLAVƏ OLUNUB-3) (FOTO)

Siyasət Materials 8 Aprel 2011 20:57 (UTC +04:00)
Cümə günü "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb.
Azərbaycanın birinci xanımı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri ilə görüşüb (ƏLAVƏ OLUNUB-3) (FOTO)

14-cü abzasdan sonra Azərbaycanın birinci xanımının digər yüksək vəzifəli nümayəndələrlə görüşü əlavə olunub (ilk xəbər saat 17:01-də yayılıb)

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Cümə günü "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb.

Mehriban xanım Əliyeva İSESKO-nun baş direktorunu yenidən Bakıda görməkdən məmnun olduğunu bildirib, forumda iştirakına görə minnətdarlığını ifadə edib.

Yüksək səviyyədə keçirilən Bakı Forumunda maraqlı fikirlərin səsləndiyini, səmimi və səmərəli dialoqların aparıldığını qeyd edən Əbdüləziz bin Osman əl-Tüveycri mədəniyyətlərarası dialoqun vacibliyini vurğulayıb.

Mehriban xanım Əliyeva Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Belçika Parlamentinin fəxri prezidenti Anna Marie Lizin ilə də görüşüb.

Azərbaycanın birinci xanımı Belçika Parlamentinin fəxri prezidentini Bakıda görməkdən şad olduğunu bildirib.

Dəvətə görə Azərbaycanın birinci xanımına təşəkkürünü bildirən A.Marie Lizin ölkələrimizin parlamentləri arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Bundan başqa, cümə günü "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Svetlana Orlova ilə görüşüb.

Mehriban xanım dəvəti qəbul edib Bakıya gəldiyinə və forumda iştirak etdiyinə görə qonağa təşəkkürünü bildirib.

Dəvətə görə bir daha minnətdarlığını bildirən Svetlana Orlova forumun təşkilini və keçirilməsini yüksək qiymətləndirib, Bakı ilə bağlı təəssüratlarını bölüşüb.

Orlova müasir dünyada gender problemlərinin həllinin vacibliyini vurğulayıb.

Cümə günü " Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Tatarıstanın Baş nazirinin birinci müavini Zilya Valeyeva ilə görüşüb.

Forumda iştiraka görə Zilya Valeyevaya təşəkkürünü bildirən Azərbaycanın birinci xanımı Bakı forumunda maraqlı müzakirələrin aparıldığını, mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində bir çox dəyərli təkliflərin səsləndiyini deyib.

Mehriban xanım Əliyeva ilə görüşməkdən məmnun olduğunu deyən Tatarıstanın Baş nazirinin birinci müavini Forumda mədəniyyətlərarası dialoqun təbliği, gender bərabərliyi və digər məsələlərə dair maraqlı çıxışları qeyd edib.

Qonaq vurğulayıb ki, Bakı Forumu hələ bir çox məsələlər üzərində işləməyin vacibliyini nümayiş etdirib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuura ilə görüşüb.

Koişiro Matsuuranı yenidən Bakıda görməkdən məmnun olduğunu deyən Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini vurğulayıb.

Mehriban xanım Əliyeva Bakının artıq beynəlxalq səviyyəli mötəbər tədbirlərin keçirildiyi bir məkana çevrildiyini deyib.

Azərbaycanın birinci xanımı YUNESKO-nun keçmiş baş direktoru ilə görüşlərini və Bakıda Novruz bayramını birlikdə qeyd etmələrini xatırlayaraq onun Forumda iştirakının önəmini vurğulayıb.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunduğuna görə minnətdarlığını bildirən Koişiro Matsuura sivilizasiyalararası əməkdaşlığın genişləndirilməsində Forumun əhəmiyyətini qeyd edib.

2009-cu ildə Novruz bayramı münasibətilə Bakıda təşkil olunan mərasimlərdə iştirak etməsini məmnunluqla xatırlayan Koişiro Matsuura həmin şənliklərin onda böyük təəssürat yaratdığını deyib.

Qonaq Bakıya sonuncu səfərindən sonra paytaxtımızın daha da gözəlləşdiyini vurğulayıb.
Mehriban xanım Əliyeva Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin anası, "Gürcüstan-Azərbaycan Dostluq Evi""nin rəhbəri Giuli Alasaniya ilə də görüşüb.

Qonağı Bakıda salamlayan Azərbaycanın birinci xanımı Giuli Alasaniyanın Ümumdünya Foruma qatılmasından məmnun olduğunu bildirib.

Mehriban xanım Əliyeva Azərbaycan ilə Gürcüstan arasında həyata keçirilən birgə layihələri qeyd edib, bu layihələrin ölkələrimiz arasında dostluq münasibətlərini daha da möhkəmləndirdiyini deyib.

Bakıya tez-tez səfər etdiyini deyən Giuli Alasaniya ölkələrimiz arasında münasibətlərin qarşılıqlı etimad və hörmətə söykəndiyini bildirib. Qonaq Bakıda keçirilən Forumun mədəniyyətlərarası dialoqa töhfə olacağına əminliyini ifadə edib.

Cümə günü "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Paris şəhərinin yeddinci rayonunun meri, Avropa Parlamentinin üzvü Rəşidə Dati ilə görüşüb.
Qonağı Bakıda görməkdən məmnun olduğunu deyən Mehriban xanım Əliyeva Forumda iştirakına görə Rəşidə Datiyə təşəkkürünü bildirib.

Azərbaycanın birinci xanımı Rəşidə Datinin tədbirdəki çıxışının maraqlı və məzmunlu olduğunu deyib.

Azərbaycana dəvətə görə Mehriban xanım Əliyevaya minnətdarlığını bildirən Avropa Parlamentinin üzvü Bakı Forumunda keçirilən müzakirələrdə iştirak etməkdən məmnun olduğunu vurğulayıb.

Qonaq Mehriban xanım Əliyevanın qadınların cəmiyyətdə rolunun təşviqi sahəsində gördüyü işləri yüksək qiymətləndirib.

Mehriban xanım Əliyeva, həmçinin, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Rumıniyanın mədəniyyət nazirinin müavini İrina Calal Marin ilə görüşüb.

İrina Calal Marini Azərbaycanda salamlayan Mehriban xanım Əliyeva Bakı Forumunun mədəniyyətlərarası dialoqun inkişafına müsbət təsir göstərəcəyinə əminliyini bildirib.

Heydər Əliyev Fondunun prezidenti Azərbaycan-Rumıniya əlaqələrindən danışıb, Rumıniyada Heydər Əliyev Fondunun nümayəndəliyinin fəaliyyət göstərdiyini bildirib.

Azərbaycanın birinci xanımının Rumıniyaya səfərini xatırladan İrina Calal Marin Fondun Rumıniya nümayəndəliyinin fəaliyyətini yüksək qiymətləndirib.

Qonaq nümayəndəlik tərəfindən Rumıniyadakı kolleclərdən birinin kompüter və digər avadanlıqla təchiz edildiyini ölkələrimiz arasında olan sıx əməkdaşlığın nümunəsi olduğunu deyib.

Bundan başqa, cümə günü "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşm əramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçiril ən Ümumdünya Mədəniyyətl ərarası Dialoq Forumunda iştirak edən Rumıniyanın mədəniyyət nazirinin müavini İrina Calal Marinilə görüşmüşdür.

İrina Calal Marini Azərbaycanda salamlayan Mehriban xanım Əliyeva Bakı Forumunun mədəniyyətl ərarası dialoqun inkişafına müsbət təsir göstərəcəyinə əminliyini bildirmişdir.

Heydər Əliyev Fondunun prezidenti Azərbaycan-Rumıniya əlaqələrindən danışmış, Rumıniyada Heydər Əliyev Fondunun nümayəndəliyinin fəaliyyət göstərdiyini bildirmişdir.

Azərbaycanın birinci xanımının Rumıniyaya səfərini xatırladan İrina Calal Marin Fondun Rumıniya nümayəndəliyinin fəaliyyətini yüksək qiymətləndirmişdir.

Qonaq nümayəndəlik tərəfindən Rumıniyadakı kolleclərdən birinin kompyuter və digər avadanlıqla təchiz edildiyini ölkələrimiz arasında olan sıx əməkdaşlığın nümunəsi olduğunu demişdir.

Xəbər lenti

Xəbər lenti