...

Müxalifət partiyalarının yerli təşkilatları fəaliyyətlərini dayandırır

Siyasət Materials 16 Aprel 2011 17:04 (UTC +04:00)
Müxalifət partiyalarının yerli təşkilatları fəaliyyətlərini dayandırır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı , 16 aprel / Trend , müxbir T.Hacıyev/

Müxalifət partiyalarının ictimai-siyasi sabitliyi pozmaq, ölkədə xaos və anarxiya yaratmaq cəhdlərinə etiraz edən bu partiyaların daha bir neçə təşkilatı fəaliyyətini dayandırıb. Gədəbəy rayounda Müsavat, Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının, Klassık Xalq Cəbhəsi Partiyasının və Açıq Cəmiyyət partiyalarının rayon təşkilatları fəaliyyətlərini dayandırdıqlarını bəyan ediblər.

Ümumrayon toplantısı keçirən partiyaların 100-ə yaxın üzvü müxalifətin aprel ayının 2-də Bakı şəhərində qanunsuz hərəkətlərdən hiddətləndiklərini, bundan sonra xaricdən maliyyələşən və buna görə də xarici havadarlarının çaldıqları havaya oynayan müxalifət rəhbərl ərinin çirkin oyunlarına getməyəcəklərini bildiriblər. Toplantı iştirakçıları mənsub olduqları partiyaların rəhbərliyinin xarici qüvvələrin əlində oyuncağa cevrilməyinə, ölkədə sabitliyi pozma cəhdlərinə kəskin etiraz ediblər. Vaxtilə Azərbaycan torpaqlarının 20 faizinin məhz belə siyasi oyunlar nəticəsində itirilməsi faktını xatırladan sərhəd Gədəbəy bölgəsinin sakinləri ölkədə sabitliyin təmin olunmasının vacibliyini vurğulayıblar.

Öz tərəfdaşlarına və partiya yoldaşlarına müraciət qəbul edən toplantı iştirakçıları, xüsusilə gəncləri siyasi qüvvələrin əlində alətə çevrilməməyə, onlardan istifadə etməyə çalışanlardan uzaq durmağa və müxalifətin sıralarını tərk etməyə çağırıblar.

Xəbər lenti

Xəbər lenti