...

Bakıda "erməni soyqırımı" ilə bağlı yalanların ifşasına dair Azərbaycan və Türkiyənin birgə fəaliyyəti müzakirə olunub

Siyasət Materials 22 Aprel 2011 16:08 (UTC +04:00)
Bakıda cümə günü siyasi partiyaların liderləri, Azərbaycan Parlamentinin deputatları, alimlər və diplomatik missiyaların nümayəndələrinin iştirakı ilə "erməni soyqırımı" haqqında yalanların ifşa olunmasına dair Azərbaycan və Türkiyənin birgə fəaliyyətinə həsr olunmuş "dəyirmi masa" keçirilib.
Bakıda "erməni soyqırımı" ilə bağlı yalanların ifşasına dair Azərbaycan və Türkiyənin birgə fəaliyyəti müzakirə olunub

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir M.Əliyev/

Bakıda cümə günü siyasi partiyaların liderləri, Azərbaycan Parlamentinin deputatları, alimlər və diplomatik missiyaların nümayəndələrinin iştirakı ilə "erməni soyqırımı" haqqında yalanların ifşa olunmasına dair Azərbaycan və Türkiyənin birgə fəaliyyətinə həsr olunmuş "dəyirmi masa" keçirilib.

Türkiyə və Azərbaycanın qardaş münasibətləri, bu əlaqələrin gücləndirilməsi dünyada "erməni soyqırımı" kimi yalanın ifşa olunmasına yardım edəcək. Trend-in məlumatına görə, "dəyirmi masa"nın gedişində hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov bildirib.

"Biz dünya ictimaiyyətini tarixin "erməni soyqırımı" kimi saxtalaşdırılmasından xilas etməliyik. Və bu məsələdə azərbaycanlılar və türklər bundan sonra da öz səylərini birləşdirməlidirlər", - Əhmədov deyib.

Ermənistan və erməni lobbisi iddia edir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək, onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc "dəyirmi masa"nın gedişində təəssüflə qeyd edib ki, dünyada hələ də elə ölkələr var ki, Türkiyə və Azərbaycanın harada yerləşdiyini bilmirlər, lakin öz parlamentlərində "erməni soyqırımı"nı müzakirə edirlər.

"Əsl soyqırım bütün ötən əsr ərzində bizə qarşı həyata keçirilib", - Kılıc deyib.

Əgər Türkiyə və Azərbaycan vahid milli maraqlara malikdirlərsə, onda hansısa məsələdə heç bir fikir ayrılığı ola bilməz. Bu barədə "dəyirmi masa"da Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

"Bizim türk dünyasına qarşı yönəlmiş yalanların ifşa edilməsi ilə bağlı fəaliyyətimiz daha geniş vüsət almalıdır", - Muradova deyib.

Onun sözlərinə görə, ermənilər Qafqazda yaşadıqları bütün tarix ərzində türkləri bir-birilərinə qarşı qoymağa çalışıblar. "Bu gün ermənilərin yalanlarına qarşı həqiqətin gücü, türk birliyinin gücü durmalıdır", - Muradova bildirib.

Azərbaycan ermənilərin təbliğat maşınına qarşı cəmi 20 ildir mübarizə aparır. Muzakirələr zamanı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib.

"Bu müddət ərzində biz bəzi uğurlar qazanmışıq, lakin qarşımızda bir çox tapşırıqlar durur ki, onlardan biri də ermənilərin türk birliyinə ziyan vurmaq niyyətlərinə qarşı mübarizə aparmaqdır", - Aslanova deyib.

Onun sözlərinə görə, bu gün təkcə Azərbaycan və Türkiyə siyasətçiləri deyil, iki ölkənin alimləri də ermənilərin törətdikləri soyqırım faktlarının aşkar olunması üzrə birgə işi davam etdirməlidirlər. "Bu işdə gənclər fəal mövqe tutmalıdırlar", - Aslanova deyib.

Xəbər lenti

Xəbər lenti