...

Azərbaycan və Niderland münasibətlərində müsbət dinamika müşahidə edilir - səfir

Siyasət Materials 29 Aprel 2011 18:19 (UTC +04:00)
Azərbaycan və Niderland arasında münasibətlərdə əksər sahələrdə müsbət dinamika müşahidə edilir.
Azərbaycan və Niderland münasibətlərində müsbət dinamika müşahidə edilir - səfir

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycan və Niderland arasında münasibətlərdə əksər sahələrdə müsbət dinamika müşahidə edilir. Niderlandın Azərbaycandakı səfiri Aryen Piter Uyterlinde belə hesab edir.

"Ölkələrimizin liderləri 2010-cu ildə görüşüblər və parlament nümayəndələri arasında bir neçə görüş olub, indi isə biz kənd təsərrüfatı üzrə biznes forum hazırlayırıq. Bu, Prezident İlham Əliyevin böyük diqqət yetirdiyi sahədir", - Trend-in məlumatına görə, səfir cümə günü Bakıda mətbuat konfransı zamanı jurnalistlərə deyib.

Səfirin sözlərinə görə, Niderland Azərbaycana bu məsələdə yardım etməyə hazırdır. "Qeyd etmək istəyirəm ki, ölkələrimizin münasibətləri iqtisadi münasibətlərdən daha da dərindir", - səfir bildirib.

Onun sözlərinə görə, Niderland Kraliçası Beatriksin ad günü münasibətilə aprelin 30-da Azərbaycanın "Tarixi şəxsiyyətlər" jurnalının buraxılışlarından biri Niderlanda həsr edilib. "Bu jurnal Azərbaycan və ingilis dillərində buraxılır və Avropada yayımlanır", - səfir qeyd edib.

Xəbər lenti

Xəbər lenti