...

ABŞ-ın xaricdəki dövlət təsisatları təhlükəsizliklə əlaqədar müvəqqəti bağlana bilər

Siyasət Materials 2 May 2011 10:56 (UTC +04:00)
ABŞ-ın xaricdəki dövlət təsisatları təhlükəsizliklə əlaqədar müvəqqəti bağlana bilər
ABŞ-ın xaricdəki dövlət təsisatları təhlükəsizliklə əlaqədar müvəqqəti bağlana bilər

Azərbaycan, Bakı, 2 may /Trend/

"Bir nömrəli terrorçu" Üsəma bin Ladenin öldürülməsinə cavab olaraq ABŞ əleyhinə çıxışların baş vermə təhlükəsi ilə əlaqədar Birləşmiş Ştatların xaricdəki diplomatik nümayəndəlikləri müvəqqəti bağlana bilər. Bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir. Trend-in məlumatına görə, xəbəri "RİA Novosti" yayıb.

Bundan əvvəl, bazar günü ABŞ Prezidenti Barak Obama Pakistanda amerikalı hərbçilərin "Əl-Qaidə" rəhbəri Üsəma bin Ladeni öldürdüklərini elan edib.

"Yüksək riskli yerlərdə ABŞ səfirliklərinin fəaliyyəti təhlükəsizliklə bağlı vəziyyətdən asılı olaraq, mümkün olduğu qədər davam etdiriləcək. Bütün dünyada fəaliyyət göstərən dövlət təsisatları yüksək sayıqlıq rejimində çalışırlar. Onlar öz təhlükəsizliklərini təmin etmək məqsədilə müvəqqəti bağlana və ya əhaliyə göstərilən xidmətləri mütəmadi olaraq dayandıra bilərlər. Belə vəziyyətlərdə səfirlik və konsulluqlarda amerikalı vətəndaşlara təcili kömək göstərilməsi üçün hər şey ediləcək", - DD-nin məlumatında deyilir.

Xəbər lenti

Xəbər lenti