...

Türkiyənin Yaxın Şərqdə rolu əvəzedilməzdir - Livanın Baş naziri

Siyasət Materials 4 May 2011 16:52 (UTC +04:00)
Türkiyə Yaxın Şərq siyasətində mühüm rol oynayır və bütün Yaxın Şərq münaqişələrini nizamlamaq imkanına malikdir. Livanın Baş naziri Nəcib Miqati belə düşünür.
Türkiyənin Yaxın Şərqdə rolu əvəzedilməzdir - Livanın Baş naziri

Livan, Beyrut, 4 may /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Yaxın Şərq siyasətində mühüm rol oynayır və bütün Yaxın Şərq münaqişələrini nizamlamaq imkanına malikdir. Livanın Baş naziri Nəcib Miqati belə düşünür.

"Türkiyənin Yaxın Şərq problemlərinin həllində rolu əvəzedilməzdir", - Trend-ə Miqati bildirib.

Onun sözlərinə görə, Türkiyənin Yaxın Şərq problemlərinin həllində digər vasitəçi ölkələrdən fərqi ondadır ki, Ankara regional münaqişələrin nizamlanmasında vasitəçi kimi çıxış etməklə heç bir şəxsi məqsəd güdmür. Bu, Türkiyənin "qonşu ölkələrlə sıfır təcavüz və problem" prinsipi üzrə qüvvədə olan siyasətinin bir hissəsidir.

2011-ci ilin əvvəlində Yaxın Şərq və Şimal Afrika ölkələri, xüsusilə də Tunis, Misir, Bəhreyn, Yəmən və Liviyanı xalq narazılığı dalğası bürüyərək kütləvi iğtişaşlara və bu ölkələrdəki hakimiyyətdə olan rejimlərə qarşı çevrilib. Xalq üsyanları artıq Misir və Tunisdə rejimlərin çökməsinə gətirib çıxarıb. Hazırda Liviyada hakimiyyət və silahlı üsyançılar arasında qızığın mübarizə davam edir.

Xəbər lenti

Xəbər lenti