...

Azərbaycan XİN ölkə vətəndaşlarını Suriyaya səfər etməməyə çağırır

Siyasət Materials 17 May 2011 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir E.Tarıverdiyeva/

Azərbaycanın Xarici İşlər Nazirliyi Suriyada yaranmış mürəkkəb vəziyyətlə bağlı xəbərdarlıq edərək, ölkə vətəndaşlarını bu dövlətə səfər etməkdən imtina etməyə çağırıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı nazirliyin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Mart ayının ortalarından başlayaraq Suriyanın bir çox şəhərlərində hökumət əleyhinə nümayişlər başlayıb. Daha sonra nümayişçilərlə hökumət qüvvələri arasında toqquşmalar baş verib. Suriya təhlükəsizlik qüvvələri tərəfindən nümayişlərin yatırılması zamanı mülki əhali arasında xeyli sayda yaralananlar və ölənlər olub. Bunları nəzərə alaraq Azərbaycan XİN Suriyaya səfər etmək istəyən Azərbaycan vətəndaşlarına ehtiyatlı olmalarını, vacib olmadıqda səfərlərini təxirə salmalarını tövsiyə edir.

Bu ölkədə hər hansı problemlə üzləşən vətəndaşlara Azərbaycanın Suriyanın Dəməşq şəhərində yerləşən səfirliyinə müraciət etmələri tövsiyə olunur.

Xəbər lenti

Xəbər lenti