Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Avropa Parlamentinin sədri Yeji Buzeki qəbul edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı, Avropa Parlamenti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, Avropa Parlamentinin sədri Yeji Buzekin ölkəmizə səfərinin əlaqələrimizin daha da genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.