...

Belarus fövqəladə hallar nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan FHN-də olub

Siyasət Materials 23 May 2011 18:56 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov mayın 22-23-də ölkəmizdə rəsmi səfərdə olan Belarusun fövqəladə hallar naziri Vladimir Aleksandroviç Vaşenkonunrəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Belarus fövqəladə hallar nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan FHN-də olub

Azərbaycan, Bakı, 23 may /Trend/

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov mayın 22-23-də ölkəmizdə rəsmi səfərdə olan Belarusun fövqəladə hallar naziri Vladimir Aleksandroviç Vaşenkonunrəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in nazirliyin rəsmi saytına istinadən yaydığı məlumata görə, Belarus nümayəndə heyətinin səfəri Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə baş tutub.

Görüş zamanı nazir Kəmaləddin Heydərov FHN və onun qurumları, eyni zamanda, nazirlik tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, həmçinin fövqəladə halların idarə edilməsi sahəsində zəngin təcrübəyə malik dövlətlərin müvafiq qurumları ilə, habelə beynəlxalq və regional təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb.

Qonaq da öz növbəsində, hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Səfər proqramına uyğun olaraq, Azərbaycan FHN-in strukturuna daxil olan bir sıra qurumların fəaliyyəti ilə də tanışlıq həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti