...

Azərbaycanın Daxili Qoşunların nümayəndələri Türkiyədə yeni qurumun təsis toplantısında iştirak edəcəklər

Siyasət Materials 2 İyun 2011 12:51 (UTC +04:00)
Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının nümayəndə heyəti Türkiyədə Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatları Qurumunun təsis toplantısında iştirak edəcək.
Azərbaycanın Daxili Qoşunların nümayəndələri Türkiyədə yeni qurumun təsis toplantısında iştirak edəcəklər

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının nümayəndə heyəti Türkiyədə Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatları Qurumunun təsis toplantısında iştirak edəcək.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumatına görə, iyunun 7-dən 10-dək keçiriləcək tədbirdə Avropa və Asiyanın bir çox ölkələrinin jandarma və sərhəd qurumlarının, həmçinin müvafiq təşkilatlarının rəhbərləri iştirak edəcək.

Təsis toplantısında qurumun yaradılması, fəaliyyət istiqamətləri və s. məsələlər müzakirə olunacaq.

Məlumata görə, toplantıya Azərbaycanın bir sıra hərbi statuslu hüquq-mühafizə qurumlarının nümayəndələri də qatılacaq.

Xəbər lenti

Xəbər lenti