...

Azərbaycan Prezidenti Aİ-nin enerji məsələləri üzrə komissarını qəbul edib

Siyasət Materials 6 İyun 2011 19:53 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Azərbaycan Prezidenti Aİ-nin enerji məsələləri üzrə komissarını qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Aİ-nin enerji məsələləri üzrə komissarı Günter Ottinger Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə Azərbaycanda keçirilən "Xəzər neft, qaz, neftayırma və neft kimyası" 18-ci Beynəlxalq sərgisinin əhəmiyyəti qeyd edilib və bu sərginin energetika sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub. Prezident İlham Əliyev və Aİ-nin enerji məsələləri üzrə komissarı Günter Ottinger Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, xüsusilə də enerji sahəsində uğurlu inkişafından məmnunluqlarını bildiriblər və bu əməkdaşlığın daha da genişləndirilməsi və inkişafı ətrafında fikir mübadiləsi aparıblar.

Dövlətimizin başçısı Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Avropa Komissiyasının sədrinə çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti