...

Azərbaycan ölkəmizin inkişafını istəməyən xarici qüvvələr üçün eksperiment meydanı deyil - vitse-spiker

Siyasət Materials 14 İyun 2011 11:00 (UTC +04:00)
Azərbaycan nə daxildəki bəzi qruplar üçün, nə də ölkəmizin inkişafını istəməyən xarici qüvvələr üçün eksperiment meydanı deyil. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində vitse-spiker Bahar Muradova deyib.
Azərbaycan ölkəmizin inkişafını istəməyən xarici qüvvələr üçün eksperiment meydanı deyil - vitse-spiker

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Azərbaycan nə daxildəki bəzi qruplar üçün, nə də ölkəmizin inkişafını istəməyən xarici qüvvələr üçün eksperiment meydanı deyil. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində vitse-spiker Bahar Muradova deyib.

"Bəzən bu qüvvələrin xaricdə başqaları ilə maraqları üst-üstə düşür və bunu da guya, "beynəlxalq dəstək" kimi qələmə verməyə çalışırlar. Bəli, həmin müxaliflərin Azərbaycanı istəməyən xarici dairələrlə bəzi məqamlarda maraqları və fikirləri üst-üstə düşür. Amma bu, onların fikirlərinin doğruluğunu yox, ölkəmizə qarşı qəsdlərin hələ də qaldığını sübut edir", - Muradova deyib.

Vitse-spiker bildirib ki, onların Azərbaycanda hakimiyyət başına gəlməyə mənəvi haqlarının çatmaması bir faktdır.

"Həmin dairələrin bu günə qədərki durumu, Azərbaycan xalqının onlara münasibəti bunu deməyə əsas verir. Xalqın bu insanlara zərrə qədər də etimadı yoxdur, bu mənada, getdikcə vəziyyətləri daha da pisləşir. Onu da qeyd edim ki, onların iddiaları ilə imkanları arasında çox böyük ziddiyyət var. Başqalarının hesabına layiq olduqlarından qat-qat artıq nailiyyətə iddia edirlər. Çox qəribədir ki, həmin insanlar hesab edirlər ki, Azərbaycanı vaxtilə məhv olmaqdan xilas edən, bugünkü nailiyyətləri qazanan siyasi qüvvə hakimiyyətdən imtina etməlidir və onlar da gəlib hakimiyyətə yiyələnməlidirlər. Biz isə onları sağlam rəqabətə, mübarizəyə dəvət edirik. Bu xalq, bu meydan, bu siz, bu da biz. Qoy xalq sizə münasibətini bildirsin. Yoxsa, hansısa ultimativ şərtlərlə danışmaq, kimlərinsə dəstəyinə bel bağlamaq, başqa ölkələrdə baş verənlərdən təsirlənmək və buna da inanmaq həmin müxalif partiyaların nə qədər uzaqgörən olmadıqlarının sübutudur", - Muradova əlavə edib.

Xəbər lenti

Xəbər lenti