...

Türkiyənin Baş naziri hökuməti istefaya göndərdi

Siyasət Materials 14 İyun 2011 20:11 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı başçılıq etdiyi 60-cı hökuməti istefaya göndərib.
Türkiyənin Baş naziri hökuməti istefaya göndərdi

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı başçılıq etdiyi 60-cı hökuməti istefaya göndərib. Trend-in məlumatına görə, bu barədə "CNN Türk" xəbər yayıb.

Qanunvericiliyə görə, yeni hökuməti də parlament seçkilərində qalib gəlmiş Ədalət və İnkişaf Partiyası (AKP) formalaşdırmalıdır.

Türkiyədə keçirilən parlament seçkilərində Baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi AKP bülletenlərin 99 faizi hesablandıqdan sonra seçicilərin 50 faizinin səsini toplayaraq qalib gəlib.

Bu nəticələrlə Ərdoğanın partiyası yeni parlamentdə 326 mandat əldə edib ki, bu da ona birpartiyalı hökumət formalaşdırmaqda kömək edəcək. Lakin bu, AKP-yə Türkiyə Böyük Millət Məclisində yeni konstitusiyanın sərbəst şəkildə qəbul edilməsinə və referendum keçirilməsinə imkan vermir.

Türkiyə Konstitusiyasına görə, prezident partiya liderinə müvafiq tapşırıq verdiyi andan 45 gün ərzində hökumət formalaşdırılmalıdır.

Xəbər lenti

Xəbər lenti