...

ATƏT-in Bakı ofisinin rəhbərinin diplomatik fəaliyyətinin başa çatması münasibətilə ziyafət keçirilib (FOTO)

Siyasət Materials 17 İyun 2011 21:24 (UTC +04:00)
ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilgə Cankorelin Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə ziyafət keçirilib.
ATƏT-in Bakı ofisinin rəhbərinin diplomatik fəaliyyətinin başa çatması münasibətilə ziyafət keçirilib (FOTO)

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir T.Hacıyev/

ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilgə Cankorelin Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə ziyafət keçirilib. Trend-in məlumatına görə, ziyafətdə xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələri, millət vəkilləri, siyasi partiya rəhbərləri və hökumət nümayəndələri iştirak ediblər.

Cankorel tədbirdə çıxışı zamanı qeyd edib ki, Azərbaycanda səfir kimi fəaliyyət göstərməsi onun diplomatik fəaliyyətinin ən önəmli hissəsidir.

"Mən öz vətənimdə xarici səfir kimi fəaliyyət göstərmişəm. ATƏT-in Bakı ofisinin rəhbəri olduğum müddətdə bir neçə layihələrə imza atmışıq. İki seçki prosesində yaxından iştirak etmişik. Mən inanıram ki, Azərbaycan çox qısa bir zamanda önündəki əngəlləri aşaraq çox sürətli addımlarla daha da irəliyə gedəcək. Həm demokratiya sahəsində, həm iqtisadiyyat sahəsində, həm də bütün digər sahələrdə." - Cankorel əlavə edib.

Ruminiyanın Azərbaycandakı səfiri Nikolae Ureku çıxış edərək Cankorelə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb. O Azərbaycanda akkreditə olunmuş səfirliklər adından cənab Cankorelə hədiyyə təqdim edib.

Xəbər lenti

Xəbər lenti