...

Bir sıra dövlətlərin BMT-dəki daimi nümayəndələri Azərbaycana səfər edəcək

Siyasət Materials 5 İyul 2011 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Bu il iyulun 6-8-də Xarici İşlər Nazirliyinin dəvəti ilə Banqladeş, Burkina Faso, Konqo, Qambiya, Lesoto, Maldiv Adaları, Myanma, Nauru, Somali, Trinidad və Tobaqo, Dominikan Respublikasının BMT yanında daimi nümayəndələrindən ibarət nümayəndə heyətinin Azərbaycana rəsmi səfərləri nəzərdə tutulub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfərin məqsədi ölkəmizin siyasi, iqtisadi, mədəni, sosial həyatı və digər sahələrlə tanışlıqdır.

Səfər çərçivəsində qeyd edilən ölkələrin daimi nümayəndələrinin bir sıra dövlət rəsmiləri ilə, o cümlədən xarici işlər naziri Elmar Məmmədyarovla da görüşləri planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti