...

Küveytdə Azərbaycanın tanınmış skripkaçının konserti olub

Siyasət Materials 8 İyul 2011 08:55 (UTC +04:00)
Küveytdə Azərbaycanın tanınmış skripkaçının konserti olub
Küveytdə Azərbaycanın tanınmış skripkaçının konserti olub

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Küveyt Dövlətinin Mədəniyyət və Ədəbiyyat Milli Şurasının təşkilatçısı olduğu 14-cü Beynəlxalq Yay Musiqi Festivalı çərçivəsində Küveyt Dövlətindəki Səfirliyimizin təşəbbüsü ilə 2011-ci il iyul ayının 7-də Əl-Küveyt şəhərinin "Əbdüləziz" adına Mədəniyyət Mərkəzində keçirilən "Küveyt-Azərbaycan Müsiqisi Gecəsi"ndə Azərbaycanın tanınmış skripkaçı Səlim Abbasovun konserti olmuşdur. Bu barədə Azərbaycanın Küveytdəki Səfirliyinin məlumatında bildirilir.

Konsert zamanı Səlim Abbasov Küveyt, Azərbaycan və ərəb təranələrini özündə təcəssüm edən musiqi parçalarını böyük ustalıq və məharətlə ifa etmişdir. Bu konsert proqramı Küveyt musiqisevərlərin böyük rəğbətinə səbəb olmuşdur. Konsertə gələn tamaşaçılar dəqiqələrlə ifaçımızı ayaqda alqışladı.

Konsertin sonunda S.Abbasova 14-cü Beynəlxalq Musiqi Festivalının mükafatı təqdim olunmuşdur.

Konsertdə mədəniyyət və ədəbiyyat milli şuranın yüksək rütbəli rəsmiləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərinin başçıları və dipkorpusun digər nümayəndələri, parlamentin millət vəkilləri, tanınmış ictimai-siyasi xadimlər, həmçinin Azərbaycan diasporasının nümayəndələri iştirak etmişlər.

Konsert proqramı Küveyt kütləvi informasiya vasitələrinin də diqqət mərkəzində olmuşdur. Belə ki, konsert proqramı Küveytin aparıcı televiziya kanalları (1-ci kanal və 2-ci kanal, "Ər-Rai" və "Əl-Vətən") tərəfindən lentə alınmışdır. Tədbirdə Küveytin nüfuzlu "Ər-Rai", "Əl-Qabas" və "Əs-Siyasə" qəzetlərinin müxbirləri də iştirak etmişlər.

Eyni zamanda, iyul ayının 3-də Küveytin "İsmayıl TV" televiziya kanalına dəvət olunan Səlim Abbasov geniş proqramasından bir neçə müsiqi parçasını ifa etmişdir.

Xəbər lenti

Xəbər lenti