...

YAP-ın dəvəti ilə Rumıniyadan bir qrup gənc Bakıya gələcək

Siyasət Materials 18 İyul 2011 15:33 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi Rumıniyanın Demokrat Liberal Partiyası Gənclər Birliyinin bir qrup nümayəndə heyətini Azərbaycana dəvət edib.
YAP-ın dəvəti ilə Rumıniyadan bir qrup gənc Bakıya gələcək

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir T.Hacıyev/

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi Rumıniyanın Demokrat Liberal Partiyası Gənclər Birliyinin bir qrup nümayəndə heyətini Azərbaycana dəvət edib. Bu barədə bazar ertəsi Trend-ə YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Geniş tərkibli nümayəndə heyəti 22-29 iyul tarixlərində ölkəmizdə səfərdə olacaq və bir sıra görüşlər keçirəcək, Qəbələ, Oğuz, Şəki rayonlarına səfər edəcək və region gəncləri ilə əlaqə yaradacaqlar. Xarici ölkə gənclərinin ölkəmizin tarixi yerlərinə səfərlərinin təşkili, öz növbəsində, onların ölkəmizi daha yaxından tanımasına şərait yaradacaq.

Bir müddət əvvəl - 11-17 iyun tarixlərində Rumıniyanın hakim Demokrat Liberal Partiyasının dəvəti ilə YAP Gənclər Birliyinin nümayəndə heyəti bu ölkədə səfərdə olub və sözügedən ölkənin siyasi rəsmiləri ilə görüş keçirib, bölgənin tarixi əhəmiyyət kəsb edən məntəqələrini ziyarət ediblər.

Yeni Azərbaycan Partiyası ilə Rumıniyanın Demokrat Liberal Partiyası arasında sıx dostluq münasibətləri mövcuddur. Fevral ayında YAP-ın sədr müavini - icra katibi Əli Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkədə səfərdə olub və Demokrat Liberal Partiyası ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalayıb. Getdikcə genişlənən əməkdaşlıq əlaqələri çərçivəsində isə ötən həftə Rumıniyanın paytaxtı Buxarest şəhərinin ikinci sektorunun meri Nekulay Ontsanunun başçılıq etdiyi geniş nümayəndə heyəti ölkəmizə səfər edib, ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edən məhsuldar görüşlər keçiriblər.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi hər zaman beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verib. Hazırda YAP Gənclər Birliyinin qonşu dövlətlər, Mərkəzi Asiya, eləcə də bir sıra Avropa ölkələrinin hakim partiyalarının gənclər təşkilatları ilə sıx əlaqələri var. Bu əlaqələr çərçivəsində YAP Gənclər Birliyi təcrübə mübadiləsi, ikitərəfli görüşlər, səfərlər həyata keçirir və münasibətlərin yüksək səviyyədə qurulması üçün lazımi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti