...

Azərbaycan və Polşa arasında bir neçə sənəd imzalanıb

Siyasət Materials 25 İyul 2011 12:56 (UTC +04:00)
İyulun 25-də Prezident İlham Əliyevin və Prezident Bronislav Komorovskinin iştirakı ilə Azərbaycan-Polşa sənədlərinin imzalanma mərasimi olub
Azərbaycan və Polşa arasında bir neçə sənəd imzalanıb

İyulun 25-də Prezident İlham Əliyevin və Prezident Bronislav Komorovskinin iştirakı ilə Azərbaycan-Polşa sənədlərinin imzalanma mərasimi olub.

"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Polşa Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasov və Polşa Respublikasının kənd təsərrüfatı nazirinin müavini Yaroslav Voytoviç imzaladılar.

"Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Polşa Respublikasının Mədəniyyət və Milli İrs Nazirliyi arasında 2011-2013-cü illər üçün Əməkdaşlıq Proqramı"nı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Polşa Respublikasının xarici işlər nazirinin müavini Yeji Pomyanovski imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında" sazişi Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Polşa Respublikasının xarici işlər nazirinin müavini Yeji Pomyanovski imzaladılar.

Xəbər lenti

Xəbər lenti