...

İlham Əliyev Peru Prezidentini təbrik edib

Siyasət Materials 27 İyul 2011 19:44 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti Olyanta Moyses Umala Tassonu təbrik edib.
İlham Əliyev Peru Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti Olyanta Moyses Umala Tassonu təbrik edib.

"Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Peru arasında təşəkkül tapmış münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Olyanta Moyses Umala Tassoya ən xoş arzularını yetirib, dost Peru xalqına əmin-amanlıq və tərəqqi diləyib.

Xəbər lenti

Xəbər lenti