...

Ağrıdağda Serj Sarkisyanın şəkli yandırıldı (FOTO)

Siyasət Materials 8 Avqust 2011 15:28 (UTC +04:00)
Azərbaycan və Türkiyə qeyri-hökumət təşkilatları Ağrıdağa yürüş ediblər.
Ağrıdağda Serj Sarkisyanın şəkli yandırıldı (FOTO)

Azərbaycan, Bakı, avqust / Trend, müxbir M.Əliyev/

Azərbaycan və Türkiyə qeyri-hökumət təşkilatları Ağrıdağa yürüş ediblər.

Trend-in Beynəlxalq Diaspor Mərkəzinə (BDM) istinadən yaydığı məlumata görə, BDM, Əsilsiz Erməni İddialarıyla Mübarizə Dərnəyi (ASİM-DER) və İğdırdakı qeyri-hökumət təşkilatları birgə Ağrıdağa yürüş edərək, oradan Ermənistan Prezidenti Serj Sarkisyana sərt ismarıc göndərib.

BDM və ASİM-DER-in birgə təşkil etdikləri yürüşdə İğdır-Kıbrıs Hərəkatı Qazilər Dərnəyi başqanı İsmət Tağal, Ehlibeyt Alimlər Dərnəyinin başqan yardımçısı Zeki Tümay, İğdır-Azərbaycan Evi Dərnəyi başqanı Nazim Qaradağ, İğdır -Balkan Türkləri Dərnəyi başqanı Mustafa İz, Milliyətçi Mühafizəkar Partiyası İğdır başkanı Qəzənfər Qaradağ, İğdır Şəhid və Qazi Ailəsi Dərnəyi başqanı Qəmbər Güzəlkaya, BDM-in Rusiya təmsilçisi Ələmdar Nəbiyev və iğdırlılar iştirak ediblər.

BDM sədri İsmayıl Ağayev çıxış edərək bildirib ki, Azərbaycan getdikcə daha güclü bir ölkə olma yolunda iri addımlarla addımlayır.

"Biz nəinki Qarabağı, hətta İrəvanı da düşməndən geri alacağıq. Ağrıdağ isə bir türk torpağıdır və türk torpağı olaraq da qalacaq. Bu dağ ermənilərin ürəyinə sancılmış bir xəncərdir. Sarkisyan Ağrıdağı ancaq hec bir zaman çin olmayacaq yuxusunda görə bilər. Prezidentimiz İlham Əliyevin dediyi kimi, işğal olunan torpaqlarımız sülh yolu ilə alınmasa, müharibə yolu ilə alacağıq", - o deyib.

Daha sonra ASİM-DER başqanı Göksəl Gülbəy çıxışında vurğulayıb ki, ermənilər Ağrıdağı alma xəyallarından vaz keçməlidirlər. "Necə ki, Sarkisyanın şəklini bu dağda yandıracağıq, lazım gəlsə, dağı da yandırarıq, amma onun bir çınqılını belə, ermənilərə vermərik. Biz buradayıq, gəlsin görək, Ağrıdağı almağa gücü çatarmı?", - o deyib.

Ehlibeyt Alimlər Dərnəyinin başqan yardımçısı Zeki Tümayın "Bayrağı bayraq yapan üzərindəki qandır. Torpaq uğrunda ölən varsa, Vatandır" şeirini deməsinin ardından Ağrıdağa yürüş Sarkisyanın şəklinin əks olunduğu lövhənin yandırılması ilə başa çadıb.

Ermənistanda keçirilən erməni dili və ədəbiyyatı müsabiqəsində bir tələbənin verdiyi suala cavab olaraq Ermənistan Prezidenti Serj Sarkisyanın "Qarabağı biz aldıq, Ağrıdağı siz alacaqsınız" deyə cavab verməsi nəinki Türkiyəni, eləcə də Azərbaycanı xeyli hiddətləndirib.

Xəbər lenti

Xəbər lenti