...

Dövlət Sərhəd Xidmətinin yaradılmasının 92 illiyinə həsr olunan müsabiqənin nəticələri açıqlanıb

Siyasət Materials 17 Avqust 2011 17:25 (UTC +04:00)
Azərbaycanda Dövlət Sərhəd Xidmətinin (DSX) yaradılmasının 92 illiyi münasibətilə keçirilən müsabiqənin nəticələri açıqlanıb.
Dövlət Sərhəd Xidmətinin yaradılmasının 92 illiyinə həsr olunan müsabiqənin nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 17 avqust / Trend, müxbir M. Əliyev /

Azərbaycanda Dövlət Sərhəd Xidmətinin (DSX) yaradılmasının 92 illiyi münasibətilə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Trend -in məlumatına görə, çərşənbə günü DSX-də bu münasibətlə keçirilən tədbirdə müsabiqənin qalibləri mükafatlandırılıblar.

Xidmətin rəis müavini, general-mayor Məhəmməd Abbasquliyev tədbirdə bildirib ki, DSX ildən-ilə müsabiqənin genişləndirilməsinə çalışır. Onun sözlərinə görə, 5 nominasiya üzrə keçirilən müsabiqədə iştirak etmək üçün ölkənin hər yerindən namizədlər qatılıb. Abbasquliyev müsabiqənin keçirilməsinə dəstək göstərən digər dövlət qurumlarına minnətdarlığını bildirib.

Yazıçılar Birliyinin sədr müavini Fikrət Qoca müsabiqənin əhəmiyyətindən danışaraq qeyd edib ki, əsas məsələ müsabiqədə iştirak və vətənin sərhədlərini qoruyanlara göstərilən məhəbbətdir.

Qaliblər pul mükafatları və diplomlarla mükafatlandırılıblar.

1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti gömrük baxımından ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul etmişdi. 2002-ci il iyul ayının 31-də Sərhəd Qoşunlarının müstəqil-qurum kimi fəaliyyət göstərməsi üçün Prezident Heydər Əliyev sərəncam imzalamışdı.

Xəbər lenti

Xəbər lenti