...

Üsyançılar Liviya paytaxtına girib, Qəzzafinin oğulları həbs olunub

Siyasət Materials 22 Avqust 2011 03:59 (UTC +04:00)
Liviyada üsyançı qüvvələr bazar günü axşam saatlarında qərb istiqamətindən paytaxt Tripoliya daxil olub. Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata görə, yerli sakinlər üsyançı qoşunları sevinclə salamlayırdı.
Üsyançılar Liviya paytaxtına girib, Qəzzafinin oğulları həbs olunub

Azərbaycan, Bakı, 22 avqust /Trend/

Liviyada üsyançı qüvvələr bazar günü axşam saatlarında qərb istiqamətindən paytaxt Tripoliya daxil olub. Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata görə, yerli sakinlər üsyançı qoşunları sevinclə salamlayırdı.

Əl-Cəzirə telekanalının məlumatına əsasən, ölkənin başçısı Müəmmər Qəzzafinin oğlu Seyf əl-İslam üsyançılar tərəfindən həbs olunub. Digər oğul - Məhəmməd, üsyançılara təslim olub.

Eyni zamanda, Müəmmər Qəzzafinin şəxsi qvardiyası da üsyançı qoşunlara təslim olub.

Liviya hökümətinin rəsmi təmsilçisi Musa İbrahim mətbuat konfransında bildirib ki, bazar günü döyüşlərdə 1,3 min nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti