...

Fazil Mustafa: Müxalifət yalnış taktikanın seçilməsi nəticəsində özünü daha da zəiflədib

Siyasət Materials 22 Avqust 2011 16:17 (UTC +04:00)
Bu ilin yaz aylarında bəzi müxalifət partiyaları ard-arda bir neçə aksiya keçirməklə özünü daha da zəiflədib. Bu barədə bazar ertəsi Trend-ə müxalif Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib.
Fazil Mustafa: Müxalifət yalnış taktikanın seçilməsi nəticəsində özünü daha da zəiflədib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir T.Hacıyev/

Bu ilin yaz aylarında bəzi müxalifət partiyaları ard-arda bir neçə aksiya keçirməklə özünü daha da zəiflədib. Bu barədə bazar ertəsi Trend-ə müxalif Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, aksiya keçirmək müxalifətin hüququdur, lakin seçilən taktika düzgün deyildi.

"Taktikanın düzgün olub-olmadığını həmin təşkilatların cəmiyyət içində necə dəstək almaları göstərir. Seçilən vaxt, seçilən motiv ağlabatan deyildi. Onlar ərəb inqilablarından həvəslənərək belə addımlar atdılar. Ancaq ərəb inqilabları dalğası beynəlxalq güclərin körüklədikləri proses idi. Bu proses uzun illər dövlət quruluşu olan, lakin avtoritar üsullarla idarə olunan ölkələrə aid idi", - Mustafa əlavə edib.

Millət vəkili qeyd edib ki, Azərbaycan gənc dövlətdir və demokratiya yolu ilə gedir.

"Azərbaycan Avropa məkanında yerləşir, Avropa Şurasının üzvüyük, müəyyən öhdəliklər var, Avropa İttifaqı ilə yaxşı əlaqələr var. Bizim müharibə aparan ölkə olduğumuz da unudulmamalıdır. Bütün bu şərtləri nəzərə almaq vacib idi və mübarizə taktikası yerli şərtlərə uyğun olmalı idi", - Mustafa vurğulayıb.

O, hesab edir ki, müxalifətin yalnış taktika seçməsi nəticəsində aparıcı müxalifət qüvvələrinin çoxu sıradan çıxıb.

Azərbaycanın müxalif Müsavat, Xalq Cəbhəsi və İctimai Palata adlanan qurumda təmsil olunan digər bir neçə müxalifət partiyası mart və aprel aylarında ard-arda bir neçə icazəsiz aksiya keçirməyə cəhd edib. Aksiyaların qarşısı polis tərəfindən alınıb.

Xəbər lenti

Xəbər lenti