...

Türkdilli dövlətlərin rəhbərləri oktyabrda Almatıda toplaşacaqlar (FOTO)

Siyasət Materials 26 Avqust 2011 14:09 (UTC +04:00)
Oktyabrın 20-21-də Almatıda türkdilli dövlətlərin rəhbərlərinin növbəti sammiti keçiriləcək. Trend-in məlumatına görə, bu barədə cümə günü Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov bildirib.
Türkdilli dövlətlərin rəhbərləri oktyabrda Almatıda toplaşacaqlar (FOTO)

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir Y.Ostapenko /

Oktyabrın 20-21-də Almatıda türkdilli dövlətlərin rəhbərlərinin növbəti sammiti keçiriləcək. Trend-in məlumatına görə, bu barədə cümə günü Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov bildirib. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak edəcəyi gözlənilir.

Azərbaycan Prezidentinin Astanaya rəsmi səfəri zamanı sammitdə iştirakla yanaşı, ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinə dair bəzi sənədlərin imzalanacağı da gözlənilir.

"Dövlət başçılarımızın münasibətlərinin yüksək səviyyəsi, beynəlxalq və regional xarakterli bir çox məslələrdə vahid mövqe, sıx iqtisadi, sosial-humanitar əlaqələr Qazaxıstanla Azərbaycan arasındakı ikitərəfli münasibətlərin müsbət və davamlı inkişafını sübut edir", - Primbetov ölkə konstitusiyasının qəbul edilməsinin 16 illiyinə həsr olunmuş mətbuat konfransında deyib.

Diplomatın sözlərinə görə, ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ Qazaxıstan Prezidentinin 2009-cu ilin oktyabrında Bakıya səfəri olub. O zaman Prezident Naxçıvanda keçirilən türkdilli dövlət rəhbərlərinin sammitində iştirak edib.

Xəbər lenti

Xəbər lenti