...

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Moldovada keçirilən təlimdə iştirak edir

Siyasət Materials 27 Avqust 2011 16:20 (UTC +04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Moldovada keçirilən "CODRII 2011" təlimində iştirak edir.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Moldovada keçirilən təlimdə iştirak edir

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Moldovada keçirilən "CODRII 2011" təlimində iştirak edir.

Trend-in nazirliyin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, avqustun 27-dən Moldovanın Kişinyov şəhəri yaxınlığında "Koşteşti" təlim bazasında NATO-nun Fəlakətlərə Cavabın Əlaqələndirilməsi üzrə Avro-Atlantik Mərkəzinin (EADRCC) və Moldova Daxili İşlər Nazirliyinin Mülki Müdafiə və Fövqəladə Xidmətinin 2011-ci il üzrə "CODRII 2011" adlı canlı təlimi keçirilir.

Sentyabrın 2-dək davam edəcək təlimin ssenarisi əsasən paytaxt Kişinyovdan 225 km uzaqda 7.5 bal gücündə baş vermiş zəlzələnin törətdiyi fəsadların aradan qaldırılmasından ibarətdir.

Təlimdə Fövqəladə Hallar Nazirliyinin 24 nəfərdən ibarət axtarış-xilasetmə, kimyəvi, bioloji, radioloji və nüvə komandaları iştirak edirlər.

Tədbirdə Azərbaycanla yanaşı, NATO-ya üzv və tərəfdaş dövlətlərin komandaları, həmçinin BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti