...

Ərəb Dövlətləri Liqası Somaliyə yardıma görə Azərbaycan hökumətinə təşəkkür edib

Siyasət Materials 27 Avqust 2011 16:44 (UTC +04:00)
Ərəb Dövlətləri Liqasının baş katibi Somalidə yaşanan humanitar böhranın qarşısının alınması üçün Azərbaycan Respublikası tərəfindən ayrılmış 100 000 ABŞ dolları məbləğində yardıma görə Elmar Məmmədyarova təşəkkür məktubu ünvanlayıb.
Ərəb Dövlətləri Liqası Somaliyə yardıma görə Azərbaycan hökumətinə təşəkkür edib

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Ərəb Dövlətləri Liqasının baş katibi Nabil əl-Ərəbi Somalidə yaşanan humanitar böhranın qarşısının alınması üçün Azərbaycan Respublikası tərəfindən ayrılmış 100 000 ABŞ dolları məbləğində yardıma görə xarici işlər naziri Elmar Məmmədyarova təşəkkür məktubu ünvanlayıb. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məliumatda deyilir.

Məktubda Somalidəki müsəlman bacı-qardaşların çəkdikləri iztirabların yüngülləşdirilməsi üçün çevik və səxavətli maliyyə töhfəsinə görə Azərbaycan hökumətinə dərin minnətdarlıq bildirilir və bu addımın ərəb dünyası ilə Azərbaycanı bağlayan tarixi əlaqələrin danılmaz təzahürü olduğunu qeyd edilir.

Xəbər lenti

Xəbər lenti