...

Azərbaycan deputatı AŞPA Xarici işlər komitəsinin müzakirələrində iştirak edəcək

Siyasət Materials 2 Sentyabr 2011 16:15 (UTC +04:00)
Milli Məclisin deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının Xarici işlər komitəsinin iclasında iştirak edəcək.
Azərbaycan deputatı AŞPA Xarici işlər komitəsinin müzakirələrində iştirak edəcək

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Azərbaycan Milli Məclisinin deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının Xarici işlər komitəsinin iclasında iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü Milli Məclisin mətbuat xidmətinin məlumatında bildirilir.

Sentyabrın 4-dən İtaliyanın Kaserta şəhərində keçiriləcək tədbirdə Lissabon müqaviləsinin Avropa Şurasına təsiri, Fələstin Milli Şurasının demokratiya üzrə tərəfdaş statusu almaq üçün quruma müraciəti, həmçinin dini icmalara qarşı zorakılıq məsələləri müzakirə olunacaq.

Avropa Şurası Parlament Assambleyasının payız sessiyası oktyabrın 3-dən 7-dək Strasburqda keçiriləcək. AŞ PA-nın növbəti sessiyasının gündəliyi sessiya başlamazdan bir ay əvvəl müəyyən ediləcək.

Xəbər lenti

Xəbər lenti