...

Məzahir Pənahov: Bir çox beynəlxalq təşkilatlar Azərbaycanda seçkilərin təşkili və keçirilməsini nümunə kimi göstərirlər

Siyasət Materials 5 Sentyabr 2011 11:13 (UTC +04:00)
Bir çox beynəlxalq təşkilatlar Azərbaycanda seçkilərin təşkili və keçirilməsini nümunə kimi göstərirlər.
Məzahir Pənahov: Bir çox beynəlxalq təşkilatlar Azərbaycanda seçkilərin təşkili və keçirilməsini nümunə kimi göstərirlər

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir M.Əliyev/

Bir çox beynəlxalq təşkilatlar Azərbaycanda seçkilərin təşkili və keçirilməsini nümunə kimi göstərirlər. Trend-in məlumatına görə, bunu bazar ertəsi Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının (DSK) sədrləri üçün ixtisaslaşdırılmış kursların başlanması münasibətilə keçirilən tədbirdə çıxışı zamanı MSK sədri Məzahir Pənahov bildirib.

"Seçki məntəqələrində veb-kameraların quraşdırılması və digər təşkilati məsələlər demokratik seçki ənənələri olan ölkələrə də nümunə ola bilər", - Pənahov deyib.

Onun sözlərinə görə, Azərbaycanda seçki komissiyaları üçün yaxşı iş şəraiti yaradılıb.

MSK sədr onu da qeyd edib ki, ötən 10 ildə prokurorluq, polis, məhkəmə orqanları seçki prosesində iştirakını təkmilləşdirib.

"Əgər bir vaxtlar bu qurumlar, habelə yerli icra hakimiyyəti orqanlarının seçkilərə müdaxiləsi qeydə alınırdısa, indi belə hallar söhbət mövzusu deyil", - Pənahov əlavə edib.

Mərkəzi Seçki Komissiyası (MSK) bazar ertəsindən DSK sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayıb.

Kurslar Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamının icrası ilə əlaqədar keçirilir. Məqsəd sərəncama uyğun olaraq seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi, DSK sədrlərinin peşəkarlığının artırılmasıdır.

Xəbər lenti

Xəbər lenti