Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/
Ali Məhkəmənin sədri seçki hüququnun pozulması ilə bağlı ən çox daxil olan şikayətlərin adlarını açıqlayıb.
"Azərbaycanda seçki hüququnun təmini sahəsində təcrübədə ən çox rast gəlinən problemlər bir nəfərin bir neçə nəfərin yerinə səs verməsi, imzaların düzgün toplanmaması ilə bağlıdır. Təcrübədə seçki prosesi zamanı seçki hüquqlarının pozulması ilə bağlı məhkəmələrə müraciətlər o qədər də çox deyil. Bu müraciətlərin hər birini araşdırır, müvafiq qərarlar qəbul edirik", - Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib.
Ali Məhkəmənin sədri seçki hüququnun pozulması ilə bağlı ən çox daxil olan şikayətlərin adlarını açıqlayıb
Ali Məhkəmənin sədri seçki hüququnun pozulması ilə bağlı ən çox daxil olan şikayətlərin adlarını açıqlayıb.