...

Səfir: ABŞ ehtiyac anında ona əllərini uzadan dostları ilə həmrəy qalacaq

Siyasət Materials 12 Sentyabr 2011 17:36 (UTC +04:00)
ABŞ ehtiyac anında ona əllərini uzadan dostları ilə həmrəy qalacaq. Trend-in məlumatına görə, bunu bazar ertəsi ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza 11 sentyabr hadisələrinin 10-cu il dönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib
Səfir: ABŞ ehtiyac anında ona əllərini uzadan dostları ilə həmrəy qalacaq

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir M.Əliyev/

ABŞ ehtiyac anında ona əllərini uzadan dostları ilə həmrəy qalacaq. Trend-in məlumatına görə, bunu bazar ertəsi ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza 11 sentyabr hadisələrinin 10-cu il dönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

O xatırladıb ki, 11 sentyabrda Ağ evdə işləyərkən hücumlardan 24 saat keçməmiş ona Prezident Heydər Əliyevin ABŞ-a qeyri-hərbi hava qüvvələri üçün ölkə üzərindən məhdudiyyətsiz uçuş icazəsi təklif etməsi xəbəri verildi.

"Həmrəyliyin bu ifadəsi Prezident də daxil olmaqla, Ağ evdə olanların hər biri üçün böyük məna kəsb edirdi", - o əlavə edib.

Səfir Brayza Azərbaycana Əfqanıstandakı əməkdaşlığına görə təşəkkürünü bildirib. Onun sözlərinə görə, hazırda 90 Azərbaycan əsgəri Əfqanıstanda xidmət keçir.

O, iyul ayında Əfqanıstanda qəzaya uğramış, 5 Azərbaycan və 4 Özbəkistan vətəndaşının həyatına sön qoyan "Silk Way" şirkətinə məxsus təyyarənin heyət üzvlərinin xatirəsini də anıb.

Azərbaycan xarici işlər nazirinin müavini Hafiz Paşayev tədbirdə çıxışı zamanı bildirib ki, 11 sentyabr hadisələri dünyanın hər ölkəsində insanların yaddaşında dərin iz qoyub.

"11 sentyabr ölkələrin, xalqların vahid təhdid qarşısında birliyini nümayiş etdirdi. Həmin gün 300 minə yaxın günahsız insanın qətlə yetirilməsi dünyanı dəyişdi", - Paşayev əlavə edib.

O bildirib ki, Prezident Heydər Əliyevin uzaqgörənliyi nəticəsində ABŞ-a təmənnasız dəstək verməklə Azərbaycan-ABŞ münasibətləri daha yüksək səviyyəyə qaldırıldı.

"Biz son 10 ildə sözün əsl mənasında tərəfdaş olduq" - Paşayev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti