...

Avstriyanın federal prezidenti Bakıya ilk dəfə səfər edəcək

Siyasət Materials 16 Sentyabr 2011 13:40 (UTC +04:00)
Avstriyanın federal prezidenti Haynts Fişer oktyabrın 11-12-də Azərbaycana rəsmi səfər edəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü dövlət başçısının administrasiyasından xəbər verilib.
Avstriyanın federal prezidenti Bakıya ilk dəfə səfər edəcək

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir Y.Ostapenko/

Avstriyanın federal prezidenti Haynts Fişer oktyabrın 11-12-də Azərbaycana rəsmi səfər edəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü dövlət başçısının administrasiyasından xəbər verilib.

"Prezident Fişer ötən il mühüm və çoxdan gözlənilən hadisə olan Bakıda Avstriyanın səfirliyinin açılmasından sonra Azərbaycana ilk dəfə səfər edəcək", - prezidentin mətbuat xidmətinin rəsmi nümayəndəsi Bruno Ayqner deyib.

Səfər zamanı müzakirələrin əsas mövzusu iqtisadiyyat və mədəniyyət, regionun ümumi inkişafı, Aİ-nin qonşu ölkələrlə əməkdaşlığı məsələləri, eləcə də Aİ-nin mühüm iqtisadi problemləri müzakirə olunacaq.

Prezidenti istisadiyyat və sosial məsələlər nazirlərinin də qatıldığı hökumət nümayəndə heyəti müşayiət edəcək. Səfər çərçivəsində Azərbaycan-Avstriya iqtisadi forumu keçiriləcək.

Prezident Fişerin Azərbaycanın dövlət başçısı İlham Əliyev, Baş nazir Artur Rasizadə və parlamentin spikeri Oqtay Əsədovla görüşləri gözlənilir.

Səfər ərəfəsində Bakıya Avstriya sahibkarlarının böyük nümayəndə heyəti gələcək. 19-20 sentyabrda yeni texnologiyalar və şəhər abadlığı sahələrində çalışan iri Avstriya şirkətlərinin təmsil olunacağı biznes forumu keçiriləcək.

Bakıdakı görüşlərdən sonra Prezident Fişerin rəhbərlik etdiyi nümayəndə heyəti Türkmənistana yola düşəcək. Orada Prezident Qurbanqulı Berdıməhəmmədovla və digər rəsmi şəxslərlə görüşlər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti