...

Azərbaycan ilə Monteneqro arasında ikitərəfli münasibətlər müzakirə edilib

Siyasət Materials 16 Sentyabr 2011 16:18 (UTC +04:00)
Azərbaycanda rəsmi səfərdə olan Monteneqro Prezidenti Filip Vuyanoviç cümə günü Baş nazir Artur Rasizadə ilə görüşüb.
Azərbaycan ilə Monteneqro arasında ikitərəfli münasibətlər müzakirə edilib

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda rəsmi səfərdə olan Monteneqro Prezidenti Filip Vuyanoviç cümə günü Baş nazir Artur Rasizadə ilə görüşüb.

Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, görüşdə Baş nazir dövlətlərimiz arasında əlaqələrin bu səfərdən sonra daha da genişlənəcəyinə, eləcə də Azərbaycan-Monteneqro münasibətlərinin yeni mərhələyə yüksəlməsinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Rasizadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə Monteneqro Prezidentinə ətraflı məlumat verib.

Monteneqro Prezidenti Filip Vuyanoviç regionun nüfuzlu dövləti olan Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduqlarını vurğulayıb və Bakıya səfərinin qarşılıqlı münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini söyləyib.

Vuyanoviç iki dövlət arasında münasibətlərin inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb.

Monteneqro Prezidentinin Azərbaycana səfəri cümə axşamından başlayıb.

Xəbər lenti

Xəbər lenti