...

Əli Həsənov: Rusiya ordusunun Ermənistanda keçirilən hərbi paradda iştirakı onların öz daxili işidir

Siyasət Materials 23 Sentyabr 2011 12:38 (UTC +04:00)
Rusiya ordusunun Ermənistanda keçirilən hərbi paradda iştirak etməsi onların öz daxili işidir.
Əli Həsənov: Rusiya ordusunun Ermənistanda keçirilən hərbi paradda iştirakı onların öz daxili işidir

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Rusiya ordusunun Ermənistanda keçirilən hərbi paradda iştirak etməsi onların öz daxili işidir. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Rusiya ordusu Ermənistanda yerləşir, Rusiya ilə Ermənistan arasında daxili müqavilələr var. Onlar Ermənistanda hansı siyasət yürüdür - bu, onların öz işidir", - Həsənov deyib.

PA rəsmisinin sözlərinə görə, bizi maraqlandıran Rusiya ordusunun Azərbaycana münasibətidir və bu münasibətdən də Azərbaycanın ciddi narazılığı yoxdur.

"Rusiya ordusu Azərbaycanın ərazi bütövlüyünü, suveren dövlət hüquqlarını tanıyır və bu hüquqları pozmağa cəhd göstərmir. Əminəm ki, bundan sonra da cəhd göstərməyəcək", - Həsənov bildirib.

Cümə axşamı Ermənistanın müstəqilliyinin 20 illiyi ilə bağlı Yerevanda hərbi parad keçirilib. Hərbi paradda Rusiya ordusunun əsgərləri də iştirak edib.

Xəbər lenti

Xəbər lenti