...

Türkiyə hərbi əməliyyatlarla terrora qalib gələ biməyəcək - Şimali İraqın kürd administrasiyası

Siyasət Materials 26 Sentyabr 2011 15:53 (UTC +04:00)
Türkiyə İraqın şimalında hərbi əməliyyatlar aparmaqla terrorla mübarizədə nəticə əldə edə bilməyəcək.
Türkiyə hərbi əməliyyatlarla terrora qalib gələ biməyəcək - Şimali İraqın kürd administrasiyası

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə İraqın şimalında hərbi əməliyyatlar aparmaqla terrorla mübarizədə nəticə əldə edə bilməyəcək. Trend-in məlumatına görə, bu barədə Şimali İraqın kürd administrasiyasının baş naziri Neçirvan Bərzani bildirib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi CNN Turk telekanalı xəbər verib.

Bərzani hər iki tərəfi silahı yerə qoymağa və danışıqlara başlamağa çağırıb. O, həmçinin, kürd separatçılarının mövqelərinə endirilən aviazərbələr nəticəsində bu regionun dinc sakinlərinin həlak olmasından narahatlığını ifadə edib.

Türkiyə HHQ avqustun 17-si axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra Şimali İraqda Kürd İşçi Partiyasının (PKK) terrorçularının mövqelərinə aviazərbələr endirib. Həmin hücum nəticəsində 9 türk hərbiçisi öldürülmüşdü.

Bu, Türkiyənin bir ildən artıq müddət ərzində İraqın şimalına endirdiyi ilk zərbələrdir.

Türkiyə iə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyib.

Xəbər lenti

Xəbər lenti