...

Türkiyə və Fransa terrorizmlə mübarizə sahəsində əməkdaşlıq məsələsini nəzərdən keçirir

Siyasət Materials 28 Sentyabr 2011 12:18 (UTC +04:00)
Türkiyə və Fransa terrorizmlə mübarizə sahəsində əməkdaşlıq haqqında razılığa gəlmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə "Zaman" qəzeti diplomatik mənbələrə istinadən məlumat verib.
Türkiyə və Fransa terrorizmlə mübarizə sahəsində əməkdaşlıq məsələsini nəzərdən keçirir

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə və Fransa terrorizmlə mübarizə sahəsində əməkdaşlıq haqqında razılığa gəlmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə "Zaman" qəzeti diplomatik mənbələrə istinadən məlumat verib.

Qəzetin məlumatına görə, müvafiq razılaşmanın imzalanması Fransanın xarici işlər naziri Klod Geanın oktyabrın 6-da Ankaraya planlaşdırılan səfəri zamanı baş tuta bilər.

Qəzet sazişin Fransada gizlənən aparıcı PKK liderlərinin bu ölkə tərəfindən Türkiyəyə təhvil verilməsini də nəzərdə tutacağını istisna etməyib.

Türkiyə son vaxtlar terrorizmlə fəal mübarizəyə başlayıb.

Türkiyə HHQ İraqın şimalında kürd separatçılarının mövqelərinə zərbələr endirir.

Türkiyə HHQ avqustun 17-si axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra aviazərbələr endirib. Həmin hücum nəticəsində 9 türk hərbiçisi öldürülmüşdü. Bu, Türkiyənin bir ildən artıq müddət ərzində İraqın şimalına endirdiyi ilk zərbələrdir.

Türkiyə iə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyib.

Xəbər lenti

Xəbər lenti