...

Yəmənin cənubunda 2 partlayış baş verib

Siyasət Materials 28 Sentyabr 2011 16:01 (UTC +04:00)
Yəmənin cənub-qərbində yerləşən Taiz şəhərində 2 partlayış baş verib.
Yəmənin cənubunda 2 partlayış baş verib

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Yəmənin cənub-qərbində yerləşən Taiz şəhərində 2 partlayış baş verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "əl-Cəzirə" telekanalı xəbər verib.

Həlak olanlar barədə hələ ki məlumat verilmir.

Partlayışdan sonra təhlükəsizlik qüvvələri ilə qiyamçılar arasında silahlı toqquşmalar başlayıb.

Fevral ayında Yəməndə başlanan hökumət əleyhinə kütləvi çıxışlar martın ortalarında fəallaşıb. Aksiya iştirakçıları islahat aparmaq və 33 ildən bəri ölkəni idarə edən Prezident Əli Abdullah Salehin istefasını tələb edir. Yəmən güc strukturları bu aksiyaların dağıdılması üçün silahdan istifadə edir. KİV məlumatlarına görə, xalq qiyamı ərzində ölkədə bir neçə yüz insan ölüb.

Saleh iyun ayının əvvəlində onun mənzil-qərargahının atəşə tutulması nəticəsində odlu silah və yanıq xəsarəti aldığına görə Səudiyyə Ərəbistanında müalicə və reabilitasiya kursu keçib. Sentyabrın 23-də vətəninə qayıdıb.

Xəbər lenti

Xəbər lenti