...

Azərbaycanlı akademik Rusiya DİN Baş İdarəsinin İctimai Şurasına üzv seçilib

Siyasət Materials 29 Sentyabr 2011 17:15 (UTC +04:00)
Azərbaycanlı akademik, "Sankt-Peterburq azərbaycanlıları icması"nın sədri, Smolnıy İnstitutunun rektoru Heydər İmanov Rusiyanın Daxili İşlər Nazirliyinin Baş İdarəsinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə İctimai Şurasına üzv seçilib.
Azərbaycanlı akademik Rusiya DİN Baş İdarəsinin İctimai Şurasına üzv seçilib

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanlı akademik, "Sankt-Peterburq azərbaycanlıları icması"nın sədri, Smolnıy İnstitutunun rektoru Heydər İmanov Rusiyanın Daxili İşlər Nazirliyinin Baş İdarəsinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə İctimai Şurasına üzv seçilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş konsulluğundan bildirilib.

İmanov Şuranın birinci iclasında üzv seçilib. Hazırda İctimai Şuranın 45 nəfər üzvü Sankt-Peterburqun müxtəlif sosial təbəqəsini təmsil edir. Sankt-Peterburq Dövlət Universitetinin rektoru Nikolay Kropaçev yekdilliklə İctimai Şuranın sədri seçilib.

İctimai Şuranın iclasında prioritet vəzifələrin yerinə yetirilməsi məqsədilə ictimai nəzarət mexanizminin işlənməsi, kütləvi informasiya vasitələrinin vətəndaş cəmiyyəti institutları ilə birgə fəaliyyəti, millətlərarası və dinlərarası məsələlər, cinayətkarlığa qarşı fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi, hüquqi müdafiə və normativ aktların hüquqi ekspertizasının həyata keçirilməsi, təhsil və yaradıcılıq institutların potensialından istifadə edərək əhalidə hüquq mədəniyyətinin inkişafı və maariflənməsi üzrə işçi qrupları yaradılıb.

Xəbər lenti

Xəbər lenti