...

Rusiya və Çinin vetoları BMT-nin fəaliyyətində tarixi addımdır - Suriya Prezidentinin müşaviri

Siyasət Materials 5 Oktyabr 2011 19:36 (UTC +04:00)
BMT-nin Təhlükəsizlik Şurasında Suriyaya dair qətnamə ilə bağlı səsvermədə Rusiya və Çinin veto hüququndan istifadə etməsi təşkilatın fəaliyyətində tarixi addım oldu.
Rusiya və Çinin vetoları BMT-nin fəaliyyətində tarixi addımdır - Suriya Prezidentinin müşaviri

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir A.Tağıyeva/

BMT-nin Təhlükəsizlik Şurasında Suriyaya dair qətnamə ilə bağlı səsvermədə Rusiya və Çinin veto hüququndan istifadə etməsi təşkilatın fəaliyyətində tarixi addım oldu. Trend-in məlumatına görə, bu barədə Suriya Prezidentinin müşaviri Buseyn Şaban bildirib. Məlumatı çərşənbə günü ərəb KİV yayıb.

Dünən Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək Suriyaya qarşı sanksiyaları nəzərdə tutan qətnaməni bloklayıblar.

Səsvermə zamanı qətnamənin qəbul olunmasının lehinə doqquz ölkə səs verib, dörd ölkə isə bitərəf qalıb.

Veto hüququndan Rusiya və Çin daxil olmaqla, BMT TŞ-nin 15 üzvündən 5 daimi üzvü istifadə edə bilər.

Suriyada artıq yarım ildən çoxdur ki, hökumət əleyhinə aksiyalar davam edir. Aksiyalar ilk dəfə mart ayının ortalarında ölkənin cənubundakı Dəra şəhərində başlayıb, sonra regionun digər şəhərlərinə keçib. Prezidentin siyasi və informasiya məsələləri üzrə müşaviri Buseyna Şabanın bəyanatına görə, bütün bu vaxt ərzində 1400 nəfər həlak olub, onların yarısı ordu və güc strukturlarının nümayəndələridir. BMT-nin göstəricilərinə görə, həlak olanların sayı 3,6 min nəfərə çatıb.

Müxalifət Prezident Bəşşar əl-Əsədin istefasını və ölkədə siyasi dəyişikliklər tələb edir. Rejim əleyhdarları hakimiyyətə müxalif orqanı kimi Milli Keçid Şurası yaradıblar.

Xəbər lenti

Xəbər lenti