Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanda bəzi bələdiyyələrə təkrar seçkilərin keçirilməsinə ictimaiyyətin marağı yüksəkdir. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının cümə axşamı keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.
"86 dairə üzrə 330 bələdiyə üzrə seçkilər elan olunub və 29 bələdiyyəyə seçilmək üçün artıq 73 nəfər müraciət edib, onlardan 63 nəfəri imza vərəqələrini alıb. Bu, onu deməyə əsas verir ki, ictimaiyyətin bu seçkilərə marağı yüksəkdir", - Pənahov bildirib.
O qeyd edib ki, seçkilər kifayət qədər sürət götürüb.
Pənahov həmçinin qeyd edib ki, MSK üzvləri ictimaiyyəti maarifləndirmək üçün İctimai televiziyada verilişlərdə iştirak edəcəklər.
Pənahov həmçinin qeyd edib ki, MSK üzvləri ictimaiyyəti maarifləndirmək üçün İctimai televiziyada verilişlərdə iştirak edəcəklər.
Noyabrın 30-da Azərbaycanda boş qalan bələdiyyələrə seçkilər keçiriləcək.