...

Misir Sina yarımadasında təhlükəsizliyi tam təmin edib – hərbiçilər

Siyasət Materials 7 Oktyabr 2011 12:19 (UTC +04:00)
Misir Sina yarımadasında tam nəzarəti bərqərar edib və bütün yarımadanın təhlükəsizliyini təmin edib. Bunu hakim Silahlı Qüvvələr Ali Şurasının rəhbəri Hüseyn Tantavi bildirib.
Misir Sina yarımadasında təhlükəsizliyi tam təmin edib – hərbiçilər

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Misir Sina yarımadasında tam nəzarəti bərqərar edib və bütün yarımadanın təhlükəsizliyini təmin edib. Bunu hakim Silahlı Qüvvələr Ali Şurasının rəhbəri Hüseyn Tantavi bildirib. Bu barədə Trend Misirin MENA agentliyinə istinadən xəbər verir.

Bundan əvvəl xəbər verilmişdi ki, Misirin hərbi komandanlığı silahlı ekstremistləri təqib etmək üçün Sina yarımadasının şimalına minə yaxın əsgər və zabit, onlarla tank və zirehli maşın göndərib.

Fələstinin Qəzza sektoru ilə həmsərhəd olan Sina yarımadasının şimalı Misirin rayonlarının təhlüksəizliyi baxımından nisbətən daha əlverişsiz yerlərdən biri hesab edilir. Burada habelə gizli silah göndərilməsi ilə məşğul olan qazaqmalçı bandaları fəaliyyət göstərir.

Lakin 2011-ci ilin əvvəlində Misirdə təhlükəsizlik sisteminin dağılmasına gətirib çıxaran xalq həyəcanlarından sonra Sina yarımadasına Misir həbsxanalarından qaçan və ya Qəzza sektorundan göndərilən minlərlə ekstremist toplaşıb.

Misir hakimiyyəti qonşu İsraili qazla təchiz edən boru kəmərinin dəfələrlə partladılmasında, eləcə də Əl-Ərişdəki polis məntəqəsinə hücumda ekstremistlərin əli olduğunu güman edir. O zaman baş verən atışma nəticəsində beş nəfər, o cümlədən bir ordu zabiti və polis əməkdaşları həlak olmuşdu.

Xəbər lenti

Xəbər lenti